Evinə gələn qonağı öldürüb basdırdı — Azərbaycanda DƏHŞƏTLİ QƏTL

375

Qonağını öldürüb zirzəmidə basdırmaqda təqsirli bilinərək məhkum olunan Tələt Dadaşov Ali Məhkəməyə müraciət edib.
Sonxeber.az xəbər verir ki, Tələt Dadaşov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Ali Məhkəməyə müraciət edən Tələt Dadaşov ona daha yüngül cəza çıxarılmasını istəyir.

Onun şikayəti ilə bağlı məhkəmə baxış iclası hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinə 2018-ci il martın 19-da Lənkəran şəhər-rayon Polis şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl – martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan T.Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.

M.Babayevin meyiti eksqumasiya edilib.

Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər