Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə 1 saylı Sumqayıt şəhər Xəstəxanasında qeydə alınıb. Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü M.H. (adlar şərtidir – red) sözügedən xəstəxanada müalicə olunan tanışı, 1965-ci il təvəllüdlü İ.Ə.-nin ziyarətinə gedib. Həkimlərin icazəsi ilə xəstənin yanına keçən M.H. az sonra İ.Ə. ilə mübahisə edib. 33 yaşlı qadını özündən çıxmasına İ.Ə.-nin onun sevgisinə qarşılıq verməməsi səbəb olub. İ.Ə.-dən rədd cavabı alan M. üzərində gətirdiyi mətbəx bıçağını qarın nahiyəsinə vuraraq, intihara cəhd edib. Bu zaman hadisə yerinə yetişən həkimlər dərhal onu əməliyyata götürüblər. Həyata keçirilən tədbirlər nəticəsində M. H.-nin həyatını xilas etmək mümkün olub.
Polisə məlumat daxil olan kimi dərhal hadisə yerinə şəhər hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq qrupu gəlib. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, İ. ailəlidir və onun iki övladı var. Son illər M. ilə yaxınlıq edən İ. qısa zaman ərzində onun sevgisini qazanıb. Lakin buna baxmayaraq o, M.-nın sevgisinə qarşılıq verməyib. M.H. xəstəxanaya gələn kimi İ. onu sevdiyini söyləyib və sevgisinə qarşılıq verməyəcəyi, onunla evlənməyəcəyi təqdirdə canına qəsd edəcəyi barədə xəbərdarlıq da edib. Qadının xəbərdarlığına məhəl qoymayan İ.M.-yə bu işin baş tutmayacağına inandırmağa çalışıb. Lakin M. rədd cavabı alan kimi bıçağı qarın nahiyəsinə vurub.
Baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Evli kişidən rədd cavabı alan qadın intihara cəhd etdi
•
997
COX BEYENDIM SIZI TEBRIK EDIREM
EVVELA SALAM BAWDA EYVAZ OLMAQ OLMAQ WERTI ILE HAMINIZI SALAMLAYIRAM