Əvvəl nişanlısı, sonra özü qəzada HƏLAK OLDU – İlinə bir gün qalmış qardaşı ölən Ayselin ailə dramı – FOTOLAR

3467

Bacının ilinin tamamına 1 gün qalmış, qardaş dünyasını dəyişdi. Quliyevlər ailəsinin iki gənc övladı bir ilin içində həyatla vidalaşdı.

Deyirlər, insan dostunu özü seçir, təhsilini, peşəsini də özü seçir. Ancaq valideynlərini və taleyini özü seçə bilmir, Allah nəsib edir…

Keçən il mayın 31-də  “Hyundai Accent” markalı, 10 NA 556 dövlət nömrə nişanlı avtomobillə gedərkən əks istiqamətdən gələn avtomobilin ona çırpılması nəticəsində vəfat edən Aysel Ruslan qızı Quliyevanın ölüm xəbərinə çox sarsılmışdıq.

Aysel Quliyeva 1985-ci il, iyulun 11-də Zəngilan rayonunda, həkim ailəsində dünyaya gəlib. Atası Ruslan Quliyev uzun müddət Zəngilan rayon Mincivan Dəmir Yolu Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Hazırda yaşı ilə əlaqədar təqaüdə çıxıb.

Aysel Quliyeva  Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. Zəngilan rayon 34 saylı orta məktəbində tədris hissə müdiri vəzifəsində çalışan Aysel Quliyeva özünün idarə etdiyi maşını idarə edərkən yol qəzasında həlak olub.

32 yaşlı Aysel Quliyeva hələ sağlığında həyatının böyük faciəsini yaşayıb. 2007-ci ildə tələbə ikən onun nişanlısı da elə orucluq vaxtı yol qəzasında həlak olub.

Ömür yolunu addımlayarkən çox acıların içindən keçir insan.. Ən böyük acı, ən böyük agrı ölümdür…

Deyirlər, yolların görüşməsinin bir mütləqliyi var. Ayselin nişanlısı ilə yolları 2017-ci ilin may ayının 31-də qovuşdu.  Dünən isə qardaşı  Elçinin Aysellə  yolları qovuşdu . Həm də əbədiyyətə kimi…

30 may 2018-ci ildə isə Aysel Quliyevanın qardaşı, 26 yaşlı Elçin Quliyev dünyasını dəyişib. Bacısının il mərasimində qardaş da torpağa tapşırılıb. Hər iki gənc Günəşli qəbristanlığında dəfn olunub.

Deyirlər, yalnız kiçik dərd danışa bilir, böyük dərd dilsiz olur. Elçin və Aysel Quliyevlərin itkisi onu tanıyanların hamısı üçün böyük dərddir, kəsilməyən göynərti, azalmayan can yanğısıdır.

Bu vaxtsız ölüm onların itirilmiş gəncliyinin faciəsidir.

Allah rəhmət eləsin.

İmza: Ailənin hüznünü dərindən yaşayan bir ailə dostu…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər