Reklam

Reklam

Reklam

Facebook istifadəçilərinin “təxminən 50 milyonu”- nun şəxsi hesabına hücum olub

1359

Facebook istifadəçilərinin “təxminən 50 milyonu”- nun şəxsi hesabına hücum olub.

Open.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, hakerlər insanların hesablarına nəzarət etmək üçün “View As” kimi tanınan funksiyasının zəifliyindən istifadə edə bilib.

Hücum çərşənbə axşamı günü aşkar edilib və bu barədə polisə məlumat verilib.

Haker hücumunun təsiririnə məruz qalan istifadəçilərdən cümə günü yenidən giriş edilməsi istənilib.

Facebook-un təhlükəsizlik üzrə rəhbəri Qay Rozen bildirib ki, problem aradan qaldırılıb.

“Biz araşdrımaya qısa müddət bundan öncə başladığımız üçün hələ hansı hesabların bu hücumdan zərər gördüyünü və ya hansı informasiyaların əldə olduğunu müəyyənləşdirə bilməmişik. Bu hücumların arxasında kimin durduğu və ya harada olduğuna dair məlumatlarımız da yoxdur.”

Qay Rozen insanların şəxsi həyatı və informasiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayaraq, baş verənlərə görə üzr istəyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər