Reklam

Reklam

Reklam

“Facebook”un ən yaxşı 100 iştirakçısından biri seçilən azərbaycanlı qız Silikon vadisinə gedir (FOTO)

1187
Azərbaycanda yaradılmış qadınlar üçün təhsil platforması “WoWoman” “Facebook” Cəmiyyətin Liderlik İnkişaf proqramına edilən 6000-dən çox müraciətin içində ən yaxşı 100 iştirakçıladan biri seçilib.
25 yaşlı WoWoman təsisçisi Zərəngiz Hüseynova deyir: “Belə səviyyədə çıxış etmək bizim komanda üçün, bizim üzvlər, bütün cəmiyyət üçün və inanıram ki, ümumiyyətlə Azərbaycan üçün inanılmaz imkan və şərəfdir. Ən yaxşı mütəxəssislərdən yenilikləri öyrənmək, daha da inkişaf etmək üçün əla bir fürsətdir. Hər zaman olduğu kimi, bütün qazanacağım yeni bilikləri və ilhamı evə gətirmək üçün əlimdən gələni edəcəyəm! “
Facebook Cəmiyyətin Liderlik İnkişaf Programı 3 əsas elementdən ibarətdir:
1. Liderliyin inkişafı, ictimaiyyətin strateji iştrakı və texniki bacarıqlar üzərində hazırlanmış tədris planı.
2. Maliyyələşdirmə. Hər bir iştirakçıya offline ictimai fəaliyyətin qurulması üçün maliyyə dəstəyi veriləcəkdir.
3. Dəstək şəbəkəsi. İştirakçılar içtimai-quruluşçu mütəxəsdisləri, Facebook rəhbərliyi və digər FCLP iştirakçıları ilə görüşə bilərlər. Onlar Facebook rəhbərliyi tərəfindən dəstəklənir və yerli mütəxəssislər, təşkilatçılar və düşüncə liderləri ilə əlaqə qurmaq imkanı qazanırlar.
46 ölkə təmsilçisi burda olacaq, WoWoman və Zərəngiz isə MDB ölkələrindən seçilmiş yeganə iştirakçıdır.
O, 2 həftə sonra Silikon Vadisinə uçur və biz ona uğurlar arzulayırıq.
WoWoman qadınların ən “mümkünsüz” arzularına nail olmaq üçün bir platform olaraq 2014-ci ildə Azərbaycanda təsis edilib. 25.000-dən çox icma üzvü, 200-dən çox təlim və webinar, sahibkarlıq zehniyyəti, şəbəkə inkişafı, özünü təqdim etmə bacarıqları, ingilis dili kursları və maliyyə kimi digər universal bacarıqlar, eləcə də proqramlaşdırma və dizayn kimi profesional bacarıqlar mövzusunda 40 yaxın müxtəlif proqramları var . Azərbaycan, Qırğızıstan və Pakistandan olan 7.000 nəfər bu proqramların iştirakçısı olub. WoWoman Harvard Universitetində, Stanford Universitetində, MİT-də, Almaniyada TEDx-də, Estoniyada Latitude59 konfransında və s. təmsil olunub. Azərbaycanda platformanın əsas tərəfdaşları P&G, Azərtürk Bankı və ABŞ səfirliyidir. (trend)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər