Bu gün həbsdən azadlığa buraxılan Fədayə Laçın jurnalistlərin suallarını cavablandırıb.
APA-nın məlumatına görə, evində media təmsilçiləri ilə görüşən müğənni ona dəstək olan hər kəsə təşəkkür edib: “Bundan sonra sənətimlə məşğul olacağam”.
F.Laçın başına gələn xoşagəlməz hadisədən təəssüfləndiyini bildirib və sevənlərini məyus etdiyini üçün onlardan üzr istəyib: “Təəssüf ki başıma belə bir xoşagəlməz hadisə gəldi. Bilirəm ki, buna görə məni sevənlər çox üzüldü. Onları məyus etdiyim üçün üzr istəyirəm. Söz verirəm ki, bir daha onları üzməyəcəyəm”.