Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır

1402

Daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklər və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin açıqlamasında bildirilir.

Komitənin məlumatında deyilir ki, bununla bağlı “kütləvi çıxarış”, “əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir.

Lakin qeyd edilməlidir ki, bir çox hallarda vətəndaşlar tərəfindən  kənd təsərrüfatı təyinatlı torpaqlarda, habelə mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edilir ki, onların qeydiyyata alınması qanunvericiliklə mümkün olmur və  çətinliklər yaranır.

Digər tərəfdən vətəndaşlar qeydiyyatla bağlı müvafiq sənədləri olmasına baxmayaraq əmlaklarının qeydiyyata alması ilə bağlı  müraciət etmirlər.

Hazırda Azərbaycan Respublikasının Prezident Administrasiyasının tapşırığına uyğun olaraq Komitə tərəfindən  özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır. Yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcəkdir.

Eyni zamanda ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılıb və davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər