Fərhad Vəliyev: “İkimiz də düşündük ki, top meydanı tərk edəcək”

981

Sumqayıt futbol məktəbinin yetirməsi  olan və hazırda “Qarabağ”ın şərəfini qoruyam  Fərhad Vəliyev Sportinfo.Az-a müsahibəsində “Qəbələ” ilə keçirilən görüşdən və komandasının ilk “altılığ”a düşməyindən danışıb.

– “Qəbələ” oyunu ilə bağlı fikirlərini öyrənək…

– “Qəbələ” komandası ilə oyunlarımız hər zaman gərgin keçir. Üstəlik onların yeni transferləri özlərini yaxşı tərəfdən göstərirdilər. Hesabın 1:1 olması da ədalətli idi.

– Komandanın xal itirməsində sənin günahın var idi?

– Zərbə endiriləndə top havada istiqamətini dəyişdi və qapının doqquzluğuna daxil oldu. Mən də istəmirəm qapımda qol görüm. Həqiqətən “kuryoz” bir qol alınmışdı. Şükürlər olsun, ikinci hissədə meydana çıxdıq və sona kimi mübarizə apardıq. Bərabərlik qolunu vuraraq 1 xal qazandıq.

– Buraxılan qolda səninlə bərabər Rəşad Sadıqov da səhvə yol verdi…

– Sadəcə olaraq orda anlaşılmamazlıq baş vermişdi. Heç Rəşad da istəməzdi ki, top qapımızdan keçsin. İkimiz də düşündük ki, top meydanı tərk eliyəcək,  amma əksi oldu. Mənə elə gəlir  bu epizodda konkret kimisə günahlandırmaq düzgün olmazdı.

– Antalyadan qayıtdıqdan sonra komandada hansı dəyişikliklər var idi?

– Antalyada çox yüksək səviyyəli təlim-məşq toplanışı keçdik. Bilirdik ki, çempionatda da çətin oyunlar bizi gözləyir. Dəyişiklər ancaq komandanın yararına olan dəyişikliklər idi. Yəni komanda fiziki cəhətdən artırmışdı. Mənə elə gəlir, “Qarabağ” çempionata tam hazırdı. İnşallah, qarşımızdakı turlarda qələbələri sıralayıb, ən yüksək pillələrə qalxmaq istəyirik.

– “Qarabağ” artıq ilk “altılıq”dadı, bundan sonrakı hədəflər nədən ibarət olacaq?

– “Altılığ”ı artıq özümüz üçün təmin etmişik. Hədəfimiz yalnız o ola bilər ki, ilk növbətə qarşışdakı 3 oyundan maksimum xal toplayıb, ilk “altılıq”da xal ehtiyatımızı artırmaq, daha sonra yüksək yerlər uğurunda mübarizə aparmaq.

– “Xəzər Lənkəran”ın uduzmağı “Qarabağ”a xal ehtiyatı baxımından nə kimi xeyir verdi?

– Biz həmişə uşaqlarla da öz aramızda danışanda deyirik ki, dəxli yoxdu kim uddu, kim uduzdu. Əsas öz oyunumuza fikir veririk, çalışırıq ki, bütün oyunları udaq.

 

Hidayət QURBANOV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər