Sumqayıt Dövlət Dram Teatrı fevral ayında bir-birindən maraqlı, müxtəlif janrlı repertuar tərtib edib.
Sumqayıt Dövlət Dram Teatrı fevralın 2-də “ASAN xidmət” könüllülərinin hazırladığı Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası, fevralın 3-də M.F.Axundzadənin “Müsyö Jordan və Dərvişi Məstəli şah” komediyası, fevralın 10-da Xalq yazıçısı Elçinin “Qatil” psixoloji dramı, fevralın 14-də “Sevgililər günü”nə həsr olunmuş Con Qolsuorsinin “Birincilər və sonuncular” məhəbbət dramı, fevralın 16-da Əziz Nesinin “Öldür məni canikom” komediyası, fevralın 17-də Əli Əmirlinin “20 ildən sonra” dramı, fevralın 23-də Con Patrikin “Qarını öldürməliyik”, fevralın 24-də isə N.Muradoğlunun “Zülmətdə nur” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.
Tamaşalar axşam saat 18:00-da başlayır.