Fəxrəddin Abbasov Rusiyada həbs edildi

1231

Azərbaycanın federal axtarışa verdiyi separatçı Fəxrəddin Abbasov Rusiyada həbs edilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sentyabrın 7-də məhkəmə Azərbaycan tərəfinə verilməsi üçün onun haqqında bir aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Abbasov haqqında cinayət işi bu ilin iyulun 12-də Səbayel rayon məhkəməsi tərəfindən açılıb.

 Qeyd edək ki, Fəxrəddin Abbasov (Aboszadə) 1993-cü ildə Azərbaycanın cənubundakı yeddi rayonun ərazisində yaradılan qondarma Talış-Muğan Muxtar Respublikası parlamentinin sədri seçilib. Qondarma respublika elə həmin ildə süqut etdikdən sonra o, 1994-də Azərbaycanı tərk edərək Rusiyaya köçüb. 2010-cu ildə Abbaszadə Rusiyadan müvəqqəti sığınacaq istəyib və müsbət cavab alıb.

2014-cü ildə Rusiya vətəndaşlığı üçün müraciət etsə də, ərizəsinə indiyə kimi baxılmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər