FHN Sumqayıtda şərti yanğın təlimi keçirib – VİDEO

927

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi ilə birgə Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən “STŞ Turan” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasında “Şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təlim keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bu barədə MTK rəhbərliyinə şifahi və yazılı tapşırıq verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Bir daha vurğulanıb ki, yanğın zamanı avtonərdivan və digər xüsusi təyinatlı texnikaların fəaliyyətinə maneə törətdiyindən dayanacaq üçün təyin olunmamış yerlərdə avtomobillərin park edilməsi yolverilməzdir. Bu cür hallar yanğınsöndürmə və xilasetmə işlərinin çevik aparılmasını mümkünsüz edir və faciəyə səbəb ola bilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər