FHN Sumqayıtda taktiki-xüsusi təlim keçirib – FOTO

942

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qurumlarının struktur bölmələri və ərazi obyekt qüvvələri ilə “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Təlimdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Fövqəladə Hallar Nazirliyi Aparatının və qurumlarının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların, həmçinin yerli özünüidarəetmə orqanlarının əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyəti tərəfindən fövqəladə hal nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrin daha da artırılması, eyni zamanda, şəxsi heyətin xilasetmə, yanğınsöndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin, həmçinin ölkə ərazisində keçiriləcək irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkilinin təkmilləşdirilməsindən ibarət olub.

Təlimə ümumilikdə FHN-in 89 ədəd texnikası və 639 nəfərdən ibarət şəxsi heyəti, 3 baş xüsusi təlim görmüş iti, 1 helikopteri, ərazi və obyekt qüvvələri cəlb edilib.

Təlim zamanı şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, hadisəyə çevik reaksiya verilməsi, habelə kəşfiyyat, axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub.

Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər