FHN tərəfindən Sumqayıtda Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlar üçün psixoloji yardım həyata keçirilir (video)

522

Xəbər verildiyi kimi, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından gələn peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi davam etdiriləcək.

Belə ki, 5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə qardaş Türkiyə Respublikasından gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlarımızın reabilitasiyasını həyata keçirəcəklər.

Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Sumqayıt şəhəri, Sülh küçəsi, 9 (FHN-in Sumqayıt Regional Mərkəzi) ünvanında psixoloji yardım göstərəcəklər.

Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər