FIFA U-17 Qadınlararası Dünya Çempionatının Sumqayıt gəncləri üçün təqdimatı

634

FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri “Sumqayıt” Futbol Klubunun təşəbbüsü və “Sağlam Düşüncə” Gənclər Təşkilatının dəstəyi ilə Sumqayıt gəncləri ilə 2 may saat 15.00-da “Azərikimya” İstehsalat Birliyinin akt zalında görüş keçirəcək. Görüşdə çempionatın ümumi tanıtımı və könüllülük proqramının təqdimatı, böyük futbol turnirinə hazırlıq çərçivəsində görülən işlər haqda məlumat veriləcək. Tədbirdə iştirakedənlər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumat əldə edə biləcəklər.

Tədbirdə həmçinin dünya çempionatında gənclər üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumat veriləcək. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıran tələbələr dünya çempionatının rəsmi markalarını özündə əks etdirən müxtəlif növ hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, çempionatın yerli və xarici şəxslərdən formalaşacaq 1000 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi 12 may 2012-ci ildir. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir.

Tədbirdə iştirak etməki istəyənlər ad, soyad, təvəllüd və telefon nömrəsini yazaraq sdgt_csyo@yahoo.com elektron ünvanına göndərə bilər.

KÖNÜLLÜ ol, SƏN də bizə qoşul!

Tarix : 2 may
Saat : 15:00
Ünvan : “Azərikimya” İstehsalat Birliyinin akt zalı
(Səməd Vurğun 85. M.Hüseynzadə adına stadionla üzbəüz SOCAR-ın binası)

Əlaqə telefonu : 055 640 64 87

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər