Sumqayıt şəhər Təhsil Şöbəsi nəzdində Gənc Müəllimlər Şurası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə 26 dekabr 2009-cu il tarixində “Yeni Həyat” şadlıq sarayında bədii-əyləncəli tədbir təşkil etmişdir.
Tədbirdə çıxış edən Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov iştirakçıları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edərək 2009-cu ilin uğurlarından, şəhərin yaradılmasının 60 illik yubileyinə həsr edilmiş tədbirlərdən danışmışdır. Sonra isə gənclərin sevimlisi “Sevən Ürəklər” qrupunun rəhbərliyi ilə tədbirin əyləncəli hissəsi başlanmışdır. Əyləncəli hissədə şən musiqilər, rəqslər və müxtəlif viktorinalar təşkil edilmişdir.
Tədbirdə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Təhsil Şöbəsinin əməkdaşları, şəhərin müxtəlif orta ümumtəhsil məktəblərində işləyən gənc müəllimlər, habelə ayrı-ayrı sahələrdə çalışan və təhsil alan gənclər iştirak etmişdir. Ismayıl Kərimov