“GƏNCLİK ŞƏHƏRİNİN SAĞLAM GƏNCLİYİ OLMALIDIR!” DEVİZİ ALTINDA “YAY MƏKTƏBİ”

794

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə Gənc İstedadlara Dəstək Fondu Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsilə birgə 7-8, 14-15 avqust 2010-cu il tarixlərində Quba rayonunun Ərməki kəndi yaxınlığında yerləşən “Qırmızı Qərənfil” İstirahət Mərkəzində Sumqayıt şəhərində yaşayan və fəaliyyət göstərən istedadlı, yaradıcı, fəal gənclərinin, perspektivli idmançılarının və məşqçi-müəllimlərinin bir qrupu üçün “Gənclik şəhərinin sağlam gəncliyi olmalıdır!” devizi altında “Yay məktəbi” təşkil edilmişdir.
Gənclər və idmançılar Quba şəhərində Soyqrımı Məzarlığına ziyarət edərək 1918-ci ildə ermənilər tərəfindən törədilmiş dəhşətli faciənin tarixi təfərrüatları barədə məlumatlandırılmışdır. “Yay məktəbi”nin iştirakçıları üçün iki gün müddətində müxtəlif mövzular üzrə debat və diskussiyalar, intellektual, əyləncəli və idman oyunları təşkil edilmişdir. Onlar Quba rayonunun görməli yerləri, canlı təbiət “abidələri”lə tanış olmuşdur. Ekskursiya gənclərdə dərin təəssüratlar oyatmışdır. Gənc İstedadlara Dəstək Fondunun prezidenti Rüstəm Sadıqzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər