Gədəbəydə ağır qəza – 2 ölü, 4 yaralı

1689

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.

sumqayitxeber.com  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib.

Hərəkətdə olan iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər