Gediş haqları artırılır?

1441

Nəqliyyat Nazirliyi Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib. «APA-Economics»in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazir qeyd edib ki, hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Rəhman Saribashli
    Aprel 30, 2013 - 18:54

    Ayıbdır! Çox ayıbdır! Xalqımızın çox böyük hörmət və rəğbət bəslədiyi Prezidentimiz İlham Əliyev xalqımızın yaşayış səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması üçün rahatlıq bilmədən çalışır, Mehriban xanım xalqımızın sülhsevər, xeyirxah, humanist bir xalq olduğunu bütün dünyaya nümayiş etdirmək üçün xarici ölkələrdə məktəblər, uşaq baxçaları tikdirir, Nəqliyyat nazirliyi isə sanki bütün bu xeyirxahlıqların əksinə hərəkət edərək, süni surətdə, heç bir real əsas və səbəb olmadan qiymətləri artırmağa çalışır. Zəngin neft diyarı, milyonlar səltənəti olan, hazırda xarici ölkələrə külli miqdarda investisiya qoyan bir ölkədə hər hansı bir sferada qiymətləri artırmar təkcə xalqa vurulan ziyan yox, bütünlükdə dövlətin əleyhinə hərəkət etmək, onun xalq arasında və beynəlxalq aləmdə nüfuzuna ciddi ziyan vurmaqdan başqa bir şey deyildir. Əgər Nəqliyyat nazirliyinin fondunda kəsir yaranıbsa, bu kəsiri Nəqliyyat naziri özü şəxsi vasaiti hesabına çox asanlıqla ödəyə bilər. Bəsdir bu qiymət artırmaları! BƏSDİR tərkibi xalqdan gizli saxlanılan, xalqın yox, yüksək vəzifəli məmurların mənafeyini güdən saxta Tarif Şurasının adından öz şəxsi maraqlarınız, mənafeləriniz üçün istifadə etmək! Bəsdir! Bu cür üsullarla dövlətini, Prezidentini sevən bir xalqı dövlətə qarşı qoymaq istəyinizdən əl çəkməsəniz, tez-gec həm xalqın, həm də ölkə başçısının amansız qəzəbinə düçar olacaqsınız. Buna tam əmin ola bilərsiniz, cənab məmurlar – xalqı talayıb soymaqdan nə özü, nə də gözü doymayan korrupsionerlər! Nə tez unutdunuz möhtərəm Prezidentimiz İlham Əliyevin sizlərə barmaq silkələyib, korrupsiyaya son qoymağı tələb etməsini? Prezidentimiz və xalqımız bu cür qiymətartırma riyakarlığını və dələduzluğunu sizlərə bağışlamayacaq. Axı, ölkə başçısı respublikanın bütün bölgələrinin, həmcinin nəqliyyat infrastrukturunun inkişafı ücün hər il milyonlarla manat vəsait ayırır və bunu bütün xalqın mənafeyi üçün edir. Bəs siz neyləyirsiniz? Məgər o milyonlar sizlərə işi yüksək səviyyədə qurmağa kifayət etmirmi? Ayıbdır! Çox ayıbdır! Xalq çörəyi burnuna yemir, o hər şeyi yaxşı görür və yaxşı da başa düşür. Quba hadisələri sizə dərs və ibrət olmadımı? Xalqa hörmət eləmirsinis, heç olmasa dövlətimizə, onun öz xalqını ürəkdən sevən, vətənəpvər rəhbərinə hörmət edin!

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər