Gələcəyin liderləri Türkiyədə bir araya gəldi

591

Xəbər verdiyimiz kimi TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən 14-16 oktyabr 2012-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində “Dövlətlərarası Əməkdaşlığın İnkişafi Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forum keçirilir. Konfrans Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Əlaqələr Komissiyasının ötən ilin 3 noyabrında keçirilən birinci iclasında qəbul olunan qərara əsasən həyata keçirilir.
Forumun keçirilməsinə Türkiyə Böyük Millət Məclisi, Türkiyə hökuməti adına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutu dəstək verir.
Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Avropa parlamentinin millət vəkilləri və hökumət nümayəndələri, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən millət vəkilləri, diplomatlar, beynəlxalq və QHT təmsilçiləri, o cümlədən Türkiyə Respuplikası Parlamentinin birinci vitse-spikeri Mehmet Sağlam, Türkiyə Respuplikası Gənclər və İdman naziri Suat Kılıç iştirak edir.
Forumda həmçinin Azərbaycandan və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqından təşkilatın sədri, millət vəkili Fuad Muradov, təşkilatın idarə heyətinin üzvləri, Qazaxıstan, Misir, Hindistan, Mərakeş, Gürcüstan, Rumıniya, Pakistan, Rusiya, Ukrayna, Türkiyə, İraqdan olan nümayəndələri iştirak edirlər. Nəzərinizə çatdıraq ki, dünən ittifaqın idarə heyətinin 2-ci iclası keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər