Pensiyalar gələn aydan etibarən artımla veriləcək.
Bu barədə məlumatı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, pensiya artımı 5,7% artıq indeksləşdirilib və fevral ayından bütün vətəndaşlara şamil olunacaq. Yekun rəqəmlər statistika komitəsi tərəfindən təqdim olunacaq:
“Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar indeksiasiya ilə bağlı ödənişləri alacaqlar”.