Gələn ilin büdcəsində neftin qiyməti neçə dollardan götürüləcək? – Komitə sədrindən AÇIQLAMA

954

Son vaxtlar dünya bazarında neftin qiymətində ciddi artım baş verməkdədir. Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti də hazırda 88 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollardan götürülüb. Bəs görəsən, neftin bahalaşması fonunda, gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollardan hesablanacaq?

Bu barədə sualı cavablandıran Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili bildirib ki, 2022-ci ilin dövlət büdcəsi zərfi artıq Milli Məclisə təqdim olunub.

“Bu məsələ ilə bağlı komitə iclası keçiriləcək. Komitə iclasından sonra ictimaiyyətə bu barədə informasiya veriləcək. Hələlik erkən proqnoz vermək olmur. Müzakirələr və dinləmələr aparıldıqdan sonra geniş təhlillər aparılacaq. Prosedur qaydaları keçdikdən sonra komitə iclası işə başlayacaq”./ Redaktor.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər