Gəlinini balta ilə doğrayan qayınata ilə bağlı dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: qızına təcavüz edib və…

1188

Sentyabrın 23-ü axşam saatlarında Bakının Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda 57 yaşlı Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Məhərrəmova Cəmilə Fərhad qızını baltalayaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən F.Məhərrəmov daha əvvəl öz qızını zorladığına görə cinayət məsuliyyətinə cəlb ediləb. Həmin vaxt ailə üzvlərinin şikayəti əsasında həbs edilən və 15 il müddətinə azadlıqdan məhrum edilən F.Məhərrəmovun cəzası sonradan azaldılıb və o, 11 il müddətində həbsxana həyatı yaşayandan sonra bu ilin aprelində azadlığa çıxıb.

Bildirilir ki, F.Məhərrəmov azadlığa çıxandan sonra övladları ondan imtina edib. O, həyat yoldaşı ilə birlikdə kirayədə yaşayıb və məhkəmə yolu ilə hazırda oğlunun yaşadığı öz evinə qayıdıb. Burda ayrıca 1 otaqda məskunlaşan F.Məhərrəmov tez-tez gəlini və oğlu ilə münaqişələr yaradırmış. Belə ki, o, gəlinin atasına onların həyətinə gəlməməsi ilə bağlı xəbərdarlıq edib. Bunu eşidən Cəmilə qayınatasının otağına gələrək onunla dalaşıb. Bu zaman F.Məhərrəmov balta götürərək gəlininə zərbələr endirməyə çalışıb. 30 yaşlı qadın qaçaraq həyət qapısından çıxmaq istəyərkən F.Məhərrəmov onu yaxalayıb və zərbələr endirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər