Gənc müəllimlər müstəqilliyimizin 20 illiyini qeyd ediblər

769

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsi nəzdində Gənc Müəllimlər Şurası ilə birgə 12 oktyabr 2011-ci il tarixində Təhsil Şöbəsinin konfrans zalında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr edilmiş “Müstəqilliyimiz Əbədidir” mövzusunda konfrans təşkil etmişdir.

Tədbirdə çıxış edən Təhsil Şöbəsinin Metodiki Mərkəzin rəhbəri Sabir Məmmədov tədbirin mahiyyəti haqqında məlumat verdi. Tədbirdə çıxış edən Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər Təşkilatının sədr müavini Orucəli Allahverdiyev, Gənc Müəllimlər Şurasının sədri Şəfa Rzayeva və şuranın üzvləri Mətanət Hüseynova, Vəfa Abbasova, Lalə Tanriverdiyeva və digərləri Azərbaycanın müstəqillik tarixindən danışaraq dövlətimizin müstəqilliyinin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulamışdılar. Çıxış edən natiqlər son 20 il ərzində ölkədə baş verən sürətli siyasi, sosial, iqtisadi, mədəni inkişafdan danışaraq təhsil sahəsində əldə edilən uğurları da vurğuladılar. Onlar, Ulu Öndər Heydər Əliyevin siyasətini layiqli şəkildə davam etdirən ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsində gördüyü işləri və əldə edilən uğurlardan da danışdılar.

Tədbirin sonunda müstəqilliyin bərpa olunması ilə bağlı video-rolik nümayiş etdirildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər