Sumqayıt Şəhər Təhsil Şöbəsinin akt zalında Gənc Müəllimlər Şurası Xocalı Soyqırımının 21-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbiri Gənc Müəllimlər Şurasının İdarə heyətinin Sədri Fərid Ağahüseynov açaraq Xocalı faciəsi haqqında qısa məlumat verdi və tədbir iştirakçıları 1 dəqiqəlik sükutla şəhidlərin ruhunu yad etdilər. Daha sonra video çarxa baxıldı. Gənc Müəllimlər Şurasının İdarə heyətinin üzvləri Əliyev Pərviz, Qəhrəmanova Zöhrə, Cəfərova Cəmalə, Tanrıverdiyeva Lalə və Qiyasova Günel öz çıxışları ilə tədbiri davam etdirdilər. Tədbirin sonunda Sumqayıt Şəhər Təhsil Şöbəsi Metodkabinetinin müdiri Sabir müəllim Xocalı faciəsi haqqında tarixi faktlarla çıxış edərək gənc müəllimlərə öz şagirdlərini vətənpərvəlik ruhunda tərbiyə etməyi tövsiyə etdi.