Gənc oxucularla ziyalıların görüşü təşkil olunub

572

 Mütaliə həyat universitetidi

Kitab insan üçün mənəvi qidadır

Frensis  Bekon

 

Beynəlxalq  “ Dostlar günü”ndə  Sumqayıt  şəhərindəki  Heydər  Əliyev Mərkəzində maraqlı bir tarixi gün yaşandı. Belə ki, Sumqayıtın tarixində ilk dəfə olaraq Sumqayıt Dostlar Klubunun, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin və Heydər Əliyev Mərkəzinin təşkilatı dəstəyi ilə 9 iyun Beynəlxalq “Dostlar günü”nə həsr olunan tədbir keçirildi.  Tədbirin əsas məqsədi gənc oxucularla ziyalıların görüşünün təşkil olunması, “Fəal oxucu” layihəsi çərçivəsində keçirilən müsabiqədə fərqlənən oxucuların təltif edilməsi, yeniyetmə və gənclərin boş vaxtalarını daha səmərəli keçirməsi üçün kitab oxumağa marağı artırmaq oldu.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Sumqayıt  Dostlar  Klubunun sədri,  tanınmış həkim-filosof, yazıçı-publisist  Hümbət Həsənoğlu açaraq klubun yarandığı üç ildə həyata keçirdiyi maraqlı  işlərdən danışaraq, bu günkü tədbirin mütaliənin təbliğinə həsr olunduğunu qeyd etdi. Vurğuladı ki,  “Dostlar günü”ndə ziyalılarımızın kitabxanaya diqqət, mütaliəyə həvəs və kitabxanaçı əməyinə dəyər verməyi çox vacibdir. Sumqayıt  Dostlar Klubu  idarə heyyətinin  üzvlərinin iştirakı ilə Sumqayıt şəhər Mərkəzi  Kitabxanasında və şəhərin bir neçə kitabxanalarında oxcularla çoxlu görüş keçirib. Bütün bu görüşlərin nəticəsi olaraq ən yaxşı mütaliə edənlərə hədiyyələr vermək planlaşdırılmışdır. Bugünkü tədbirdə 50 nəfərə hədiyyələr və sertifikatlar verəcəyik. Bu hədiyyələri Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvləri və şəhərin tanınmış ziyalıları təqdim edəcək. İnanıram ki, bu gün tarixi bir gün kimi bura toplaşanların yaddaşında qalacaq”.

Sonra Sumqayıt Mərkəzləşmiş Kitabxanaların ən  fəal oxucuarına və fədakar əməkdaşlarına  Sumqayıt  Dostlar Klubunun  idarə heyyətinin on iki nəfər üzvü  və Sumqayıtın tanınmış ziyalıları, yazıçıları tərəfindən sertifikatlar  və hədiyyələr təqdim edildi.

Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru Yeganə xanım  Əhmədova  göstərilən bu təşəbbüsə və əməkdaşlığa görə ziyalıarımıza təşəkkür etdi  və əməkadaşlığın  bundan sonra  da çox sıx  davam edəcəyinə ümid etdiyini bildirdi.

Daha sonra söz Yeni Azərbaycan Partiyası Sumqayıt şöbəsinin sədri  Ramiz Hüseynova verildi. O, bu maraqlı tədbirin keçirilməsini çox yüksək qiymətləndirdi. Sumqayıt şəhər İcra  Hakimiyyətinin şöbə müdiri Fərman Kazımov da göstərilən təşəbbüsü  yüksək  dəyyərləndirdi. Çıxış edən Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şöbəsinin sədri, maraqlı şairə Gülnarə Cəmaləddin vurğuladı ki, “ bu tədbir artıq  bu gündən sumqayıtlıların yaddaşına hopdu. Bu tədbir bir daha Sumqayıt Dostlar Klubunun bundan sonra da  Sumqayıt üçün daha maraqlı işlər görəcəyindən xəbər verir. Çox sevindiricidir ki, bu klubda Sumqayıtın ən üzdə olan ziyalılarının çoxu  bir yerdə  birləşib”.

Uzun illər Sumqayıt şəhər Tarixi  Muzeyinin direktoru işləmiş, Əməkdar mədəniyyət işçisi Olya İslamova Sumqayıtın tarixində heç vaxt belə mövzuda tədbirin keçirilmədəyini, bu ideyanın məhz Sumqayıt Dostlar Klubuna məxsus olduğunu dedi. Olya xanım vurğuladı ki, “bu tədbir həqiqətən də Sumqayıtın tarixinə yazılacaq. Belə növbəti tədbirin Sumqayıtın Tarixi  Muzeyində keçirilməsini, şəhərin qurucularına və onların əməyinə həsr edilməsini arzuladı.

Hədiyyə alan məktəblilərdən Sumqayıt şəhər 11 nömrəli tam  orta  məktəbin 8-ci sinif  şagirdi  Nərgiz  Ələsgərova belə dedi:

-Bu, mənim həyatımda çox böyük, tarixi hadisədir. Bundan sonra daha çox mütaliə edəcəm. İnanıram ki, belə qiymətli hədiyyə və  sertifikat almağım sinif  yoldaşlarım arasında  böyük maraq  yaradacaq  və  onlar da bundan sonra  daha  çox mütaliə  edəcəklər.

Sumqayıt şəhər  İstedad  liseyinin  9-cu sinif  şagirdi  Fidan Quluzadənin  də sevincinin həddü-hududu  yox idi. O, söylədi:

-Məni kitab mütaliəsinə babam, Respubliqanın Əməkdar həkimi, “Tərəqqi” medallı  Mayılxan Tağıyev həvəsləndirib. Sumqayıt şəhər Mərkəzi Kitabxanasının ən fəal oxucusuyam. Babam Mayılxan həkim mənə çoxlu kitab alır. Kitaba həvəsim çox böyükdür. Son vaxtlar isə təbiətin çirklənməsinin qarşısını necə almağın yolları, insan psixologiyasının dərin qatlarına necə varmağı və tarixi kitabları, dahi Nizami Gəncəvinin əsərlərini daha çox oxuyuram. Deyə bilərəm ki, Nizimi Gəncəvinin əsərləri bütün dünya üçün nümunədir. Əgər gənclərimiz bu kitabları oxusa, onların  həyatı dərk eləməsində çox böyük köməyi olar. Son  oxuduğum kitab isə  Lev Tolstoyun “İnsanı yaşadan nədir” kitabıdır. Mən həmin kitabdan belə nəticə çıxardım ki, insanı yaşadan  həyata, Vətənə, dostlara, valideynə  sevgidir. Məşhur rus yazıçısı Fyodor Dostayevski deyib ki, “dünyanı gözəllik xilas edəcək”. Gözəlliyi görmək və dərk eləmək üçün isə daha çox mütaliə eləmək lazımdır. Məşhur Əbu Turxan deyir ki, “ hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrin  açarıdır”.  Amma  mən fikirləşirəm ki, kitablar elə özləri dünyanın açarlarıdır. Biz onları oxuduqca, həyatın sirli yollarının açarlarını asanlıqla tapıb, öz arzularımıza nail ola bilərik.

Tədbir ədəbi-bədii gecə və çay süfrəsi ilə davam etdirilidi. Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü, Əməkdar incəsənt  xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlu klassik şairlərimizin şeirlərindən nümunələr söylədi. Sumqayıtlı şairlər  Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, İlhamə Məhəmmədqızı və başqaları öz şeirlərini, maraqlı, xoş təəssüralarını  söylədilər. Gənc müğənnilər mahnılar oxudular.

Bu gün  məmləkətimizdə kitab oxumağa maraq azaldığı bir vaxtda, inanırıq ki,  bu səpkidə tədbirlərin keçirilməsi böyük önəm daşıyır.

Məşhur amerikalı yazıçı, ssenarist, fantastika  janrının ən tanınmış müəlliflərindən biri Rey Bredberi deyib ki, “bir mədəniyyəti yox etmək üçün kitabları yandırmaq gərək deyil. Oxumağın qarşısını almaq, yetər”. Deməli, biz də bir millət olaraq, kitaba, mütaliəyə marağı artırmalıyıq ki, dünya xalqları arasında öz sözümüzü lazımi səviyyədə deyə bilək.

İlhamə MƏMMƏDOVA

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər