Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən daha biri məhv edilib.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə “Aslanlar” qrupu tərəfindən öldürülüb.
Müəyyən edilib ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.