Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general mayoru Rasim Musayev tutduğu vəzifədən azad edilib.

“Onun müraciətinə baxılıb və Rasim Musayev daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. Onun vəzifəsini harada davam etdirəcəyi bəlli deyil. R.Musayev Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsinin sərəncamına götürülüb. Ona uyğun iş olduqda işlə təmin ediləcək”.