Gənclər şəhərində keçmişin qalığı – FOTO

1408
Sumqayıt sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, Heydər Əliyev küçəsindəki Nəriman Nərimanovun heykəlinin üzərində ad və soyadı hələ də kiril əlifbası ilə yazılıb. Artıq 90-cı illərdən latın qrafikasına keçilsə də, N.Nərimanovun heykəlində bu yazı dəyişdirilməyib.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Namiq Qafarov Milli.Az-a bildirdi ki, heykəlin mərmərinin üzərində olan yazını hazırda dəyişmək mümkün deyil. Onun sözlərinə görə, bunun üçün heykəlin postamentinin bütün mərməri dəyişdirilməlidir. Heykəldə yazının üzərində hər hansı düzəlişin aparılması düzgün deyil.
N.Qafarov qeyd etdi ki, haqlı irad barədə aidiyyəti qurumları məlumatlandıracaq və problem aradan qaldırılacaq: “Hazırda bütün şəhərdə əsaslı təmir və quruculuq işləri gedir. Yəqin ki, Nərimanovun da heykəlinin postamentinin mərməri tamamilə dəyişdiriləcək. Çünki Nəsiminin heykəlinin yeri dəyişdiriləndə yazılı postamenti dəyişdirilmişdi”.

Teymur Hacıyev
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər