Fevral ayının 27-də “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının “Ədəbiyyat” klubu “Sumqayıt hadisələri” adlı növbəti görüşünü keçirdi. Bu dəfəki tədbir mənfur ermənilərin Sumqayıtda törəddikləri vəhşiliklərə həsr olunmuşdu. Klubun qonağı ali təhsilli jurnalist-filoloq, “Sumqayıtın əks-sədası” qəzetinin baş redaktoru, “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” sənədli filmlərinin, “28-dən 29-na keçən gecə”, “Sumqayıtım mənim”, “2-ci paralel”, “Bir, iki, üç… və yaxud Dağ çiçəyi”, “Anata”, “Gecə… İncə gecə” və s. kitablarının müəllifi, Həsən bəy Zərdabi adına və “Araz” ali ədəbi mükafatlarının laureatı Eyruz Məmmədov oldu. Tədbirin təşkilində təşəbbüs göstərmiş Ərtoğrul Əhmədov tədbiri açaraq qonaq haqqında geniş informasiya verdikdən sonra qısa olaraq tədbiri təşkil etməkdə məqsədin gənclərin “Sumqayıt hadisələri”ni unutmamağını, keçmişə boylanaraq olanları yada salmaq olduğunu vurğuladı və sözü qonağa verdi. Öz növbəsində qonaq Eyruz Məmmədov tariximizdə xüsusi yeri olan “Sumqayıt hadisələri” haqda danışdı. Tarixən yalançı və yaltaq olan ermənilərin iyrənc əməllərindən danışdı.
Tədbirdə iştirakçı olan gənclər maraqlı tarixi məlumatlar əldə etməklə bərabər onları düşündürən sualları qonağa ünvanlayaraq bir çox bu günə kimi sirli qalan tarixi səhifələr haqda geniş məlumat əldə etdilər.
sumgait.info sumqayit hadiseleri barede ermenilerin acdigi saytdir.Orada hucum olunan ermeni evlerinin evlerinin nomreleri xeriteleride vardir.