Gəncliyin dreadlocks trendi və Rastafari inanclari

1231

Rastafari dünyanın bəzi ölkələrində qaradərililər arasında yayılmış dini hərəkatın adıdır.
Efiopiyanın son imperatoru olan Hayle Selassi tanrının dünyadakı əksi olaraq görən inanclar əsasında formalaşan bu cərəyan, 1930- cu illərdə Jamaykada yaranmışdır. Hayle Selassie Efiopiya şahzadəsi Tafari Makonnen iktidara gəlməsilə dəyişdirmiş olduğu ismidir. Hərfi mənası “ Təslis’in gücü” deməkdir. İnanclar gözündə isə o Ras Tafaridir. Ras yerli dildə “Ata, baş” mənasına gəlməkdədir.
Qara dərili inancları içində Ras Tafari İsanın yerüzünə göndərilmiş Mesih halı olaraq çox önəmli bilinməkdədir.
Qurucusu birinci Rasta kimi tanınan Leonard Percival Howell olan bu dinin mənsublarından biri, məşhur reggae əfsanəsi kimi tanınan Bob Marleydir. Rastafari hərəkat məhz reggi musiqisi sayəsində populyarlıq qazanmışdır.
***
Ritual, din, sevgi, sülh kimi qavramları, musiqi qanadları altında toplayan Rastafarinin tam olaraq nə anlama gəldiyini çox adam bilmir. “Marixuana” üçün biraraya gələn, bir qrup Rastalının fəlsəfəsi olaraq düşünülən Rastafarinin anlamı, əslində, heç də zənn edildiyi qədər bəsit deyildir.
Yamaykalı Rastafari ağsaqqalı
Ras Sam Braun Rastafarianizmin əsas əməllərini “Biz yalnız dağınıq Efiopiyalıları deyil, bütün insanları, heyvanları, otları və ümumiyyətlə, bütün həyati formaları azad etmək niyyətindəyik” şəklində dilə gətirmişdir.
Qaradərililərin hüquq və zülmdən qurtuluş hərəkatının lideri, zəncilərin bir mullət olaraq formalaşması və qara kölələrin nəslinin Afrikaya qayıtması üçün mübarizə aparan, Yamaykalı lider Marcus Mosiah Garvey Rastafari hərəkatına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. O, Yamaykada milli qəhrəman hesab edilir və bir çox Yamaikalılar onu ilahi adam kimi görürlər.
Marcus Garveyin sitatı: “Köləlik, özünü qorumaq və ya müdafiə etmək gücündə olmayan fərdlərə və irqlərə qoyulan bir şərtdir.
Bir irq və ya xalq zəif olma təhlükəsinə məruz qaldıqca, bu və ya digər şəkildə əsarət altına alınacağını gözləmək olar ”.
***
Bir dini inanc olmadıqlarını hər yerdə dilə gətirməyə çalışan Rastafari hərəkatı əslində, musiqi qanadları altında ümumbəşərlik, qardaşlıq, sevgi kimi dəyərlərlə birləşərək, irqi dümənçiliyə və dünyada sülhə qarşı çıxanların bir sığlnacağı anlamına gəlir.
Qara, qırmızı, yaşıl və sarını öz seçilmiş rəngləri olaraq qəbul edən Rastafarilərə görə, hər bir rəngin öz mənası var və bu rənglər onlar üçün olduqca mühümdür. Qırmızı, yaşıl və sarı rənglər Efiopiya bayrağı, qara rəng qaradərili Afrika xalqını təmsil edir. Sarı rəng qızıl və xəzinə, yaşıl insanların üzərində gəzdiyi dünya, qırmızı rəng isə qaradərili xalqın tökülən qanını simvolizə edir.
***
Rastafarianizm bu dini cərəyanın başqa adıdır.
Rastafari dininin mənsubları ayrıca Rastas, Ras ve ya Rastafarians olarak da bilinir.
Bənzər subkulturanın ardıcılları isə özlərini Rastaman adlandırırlar. Bu heç də bir narkotik termini deyildir.
Bu gün özlərini Rastafari hesab edən gənclərin bir çoxu, əslinə baxılarsa, bu sözün və bu dinin mənasını belə tam olaraq başa düşməsələrdə, onlar üçün daha mühüm olan xarici atributlar, dreadlocks hörgülər və parlaq çox rəngli şapkılardır.
***
Rastalar saçlarını daramır və bu şəkildə uzadılan dolaşıq saçlar bir müddət sonra dreadlocks saç modelini alır.
Əslinə baxılarsa, çox qədimlərdən bəri, dünyanın müxtəlif yerlərində, müxtəlif xalqların mədəniyyətlərində dreadlocks saç düzümü nümunələrinə rastlanmışdır. Lakin, ötən əsrin 50-ci illərində dreadlocks termini və saç düzümü Rastafari mədəniyyətində milli qürur və dini inancların ifadəsi olaraq populyarlıq qazandı və yayılmağa başladı.
Rastafarilərin fikrincə, aslan yalını xatırladan bu qədim saç düzümü yenilməzlik rəmzi, sahibinə güc və cəsarət verən ilahi bir güc simvoludur.
Rastafari inancına görə bir gün, bəlli ki, dünyanın sonu gəldiyində, Jah ( müqəddəs ata) öz uzun dırnaqlarıyla onları bu şəkildə tanıyaraq, yer üzündən götürüb Ziona (onların nəzərində Cənnət) aparacağı kimi bir mif vardır.
Hazırda Rastafari inancının bir parçası olan dreadlocks saç modeli demək olar ki, bir trend halına gəlmişdir. Çox sevilən dreadlocks hörgülü çeşidli saç modelləri bir çox ölkələrdə gənclər arasında geniş yayılmışdır. Lakin, çox Rastafari dreadlocksun bir stil olaraq istifadə edilməsinə qarşıdır.
Dreadlocksa həmçinin, reggi musiqi üslubunun təsiri altında formalaşan gənclik subkulturasına mənsubluğun əlaməti kimi də baxılır.
***
Rastamanların kumiri rasta musiqisinin məşhur ifaçısı, qeyd olunduğu kimi Bob Marleydir. Bob Marley öz ritmini qəlb ritmik atışlarından aldığı və Yamayka üslublu rok musiqisi də deyilən reggini bütün dünyada məşhur etmişdir.
Afrika, Efiopiya əfsanələri və İncilin birləşməsi olan Rastafarianizmin dünyagörüşündə müqəddəs kitaba görə Rəbb ata tanrıdır və Rastamanlar ona Jah deyirlər.
Jahda təcəssüm olunan təbilik, kosmik yaradıcı qüvvənin sözlə ifadəsidir. Varlığın mahiyyətinin birbaşa anlaşılması olan təbilik və intuisiya “köklər və titrəmə” ilə ifadə edilib və bu yalnız bir rastaman üçün əlçatandır. Reggidə bütün bu inanclar əks olunmuşdur və reggea Jaha həsr olunmuş dini bir musiqidir.
Yamayka mədəniyyəti, Rastafari hərəkatının təcəssümü reggi musiqisi fenomen Bob Marley əsəri idi və onun fikrinə görə, reggi musiqisi “ bütün dünyanın parlaq insanlarının titrəyişləridir”.
***
Bir çox insanın Rastafari inancına sahip olmanın başında gələn “marixuana” qəbul etmək fikrinə gəlincə, bu bir qədər şişirdilmişdir. Beləki, bu fikir bir çoxları üçün həqiqət olsada, ümumilikdə Rastafariyə şamil edilə bilməz.
Rastamanlara görə, insan öz məbədidir və Allahı dərk etmək üçün Rastamanlar narkotik xüsusiyyətlərə malik olan “müqəddəs ot”, Hindistan çətənəsinə ( Lat: Cannabis indica) müraciət edirlər.
Donuz əti yemək, sirkədən istifadə etmək, şərab və ümumlikdə alkol qəbulu, qumar oynamaq, həmçinin saç düzümü və görünüşlərini təhrif etmək, döymələr etdirmək Rastamanlar üçün riayət edilməsi gərəkən qadağalardır.
***
Hər halda unutmamaq gərəklidir ki, Rastamanlar bəzi bitki mənşəli otları siqaret şəkilində çəkməklə bərabər, bu kimi bitki mənşəli maddələrin qəbulunun qanuniləşdirilməsini müdafiə edirlər. Bu deyilənə baxılarsa, övladının bəhs edilən dini cərəyana marağı yaranan valideynlərin bu barədə xəbərdar edilməsində fayda var. Çünki, nəticə olaraq bu onların çətənədən hazırlanan narkotiklərdən istifadə etməyə başlaya biləcəyinin də göstəricisi ola bilər.
—-—————————
Sədaqət Fuad, yazıçı

Bu maarifləndirici yazıda müxtəlif dillərdə internet resuslarından istifadə edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər