Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bir sıra əmrlər imzalayıb.
Müdafiə Nazirliyindəki mənbələrdən APA-ya daxil olan məlumata görə, naziri əmri ilə hadisənin baş verdiyi N saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova töhmət elan edilib.
Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.
Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.