General Polad Həşimovun şəhid olmasının 40-cı günü – Sumqayıtda anıldı

3013

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın şəhidlik zirvəsinə ucaldığı gündən 40 gün ötür.

Şəhid general Polad Həşimovun Sumqayıt şəhərində ailə üzvləri və yaxınlarının iştirakı ilə məhdud çərçivədə anılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat zamanı şəhid olan Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin ruhlarını ehtiramla anıblar, general Polad Həşimovun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər