Genişzolaqlı internet istifadəçilərinin sayına görə Sumqayıt öndədir

651

Regionlarda genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 22 min istifadəçi və ya 19% artaraq 136 mini keçib.

Məlumatda qeyd edilir ki, hazırda hər 100 ailədən 11,8-i, hər 100 abunəçidən 20,2-si genişzolaqlı xidmətlərin istifadəçisidir. Hər 100 abunəçiyə düşən genişzolaqlı xidmət istifadəçilərinin sayına görəSumqayıt (36,9%) və Gəncədə (30,1%) ən yüksək göstərici qeydə alınıb.
Ötən ay genişzolaqlı internet xidmətlərinin aylıq həcmi 1,0 milyon manatı keçib. Rayon TKQ-lərdə genişzolaqlı xidmətlərin aylıq həcminin əldə edilən ümumi gəlirdə xüsusi çəkisi 26,2%-ə çatıb (ilin əvvəlində 21,9%). Bu göstəricinin ən yüksək həddi Salyan (41,3%), Füzuli (39,3%) və Şirvan (39,1%) TKQ-lərdə qeydə alınıb.

sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər