Gizlicə evə girdi, soyun dedi və kəndin içində... - İmişlidə 45 yaşlı kişidən 2 uşaq anasına qarşı BİABIRÇI ƏMƏL

1870

İmişli rayonunda iki uşaq anasına təcavüz etməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Cavid İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Cavid İmanov yaşadığı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki evindən 1500 metr aralıda yerləşən evdə ərindən ayrılmaqla iki azyaşlı uşaqları ilə yaşayan Aydan Babayeva (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olmaq qərarına gəlib.

 İşığı kəsdi

Bu məqsədlə Cavid İmanov 19 aprel 2017-ci il tarixdə, saat 22.30-da sərxoş vəziyyətdə olan zaman Aydan Babayeva ilə cinsi əlaqəyə girmək niyyətini həyata keçirmək istəyib.

O, ilk öncə hər hansı bir şəxs tərəfindən müşahidə olunmamasından ötrü Aydan Babayevanın evinə gedən elektrik enerjisi xəttini sayğacdan ayırıb.

Hədə-qorxu

Daha sonra Cavid İmanov evin açıq pəncərəsindən mənzilə daxil olmaqla yataq otağına keçib. Orada yatmağa hazırlaşan Aydan Babayevaya cinsi əlaqədə olmağı təklif edib, səsini çıxaracağı təqdirdə ona və uşaqlarına zor tətbiq edəcəyini deyib. Cavid İmanov qadını hədələyərək səsini çıxarmamağı tapşırandan sonra soyunmağa başlayıb.

Təcavüzə uğrayan qadın

Cavid İmanov şalvarını soyunan zaman Aydan Babayeva otağın pəncərəsini cəld özünü həyətə atıb. O, Aydan Babayevanı saxlamaq üçün sonuncunun əynindəki xalatdan tutub. Lakin Aydanın xalatın cırılması ilə əlaqədar buna nail ola bilməyib.

Səs-küy və şikayət

Daha sonra Cavid İmanov da özünü qadının arxasınca pəncərədən həyətə ataraq, onu təxminən 70 metr təqib edib. Bu zaman Aydan Babayevanın səs-küyünə gələn qəsəbə sakinlərinin onu görüb ifşa edəcəklərindən çəkinərək təqibi dayandırıb, oradan qaçaraq gizlənib.

Aydan Babayeva baş verən hadisə ilə bağlı rayon hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Cavid İmanov həbs edilib.

İki maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Cavid İmanovun barəsində Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Cəza: 4 il 2 ay

Cavid İmanovun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Nizami Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Cavid İmanov 4 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi hökm edilib.

Hökmdən narazı qalan Cavid İmanov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə ifadə verən Cavid İmanov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, tutduğu əməldən peşmandır.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Mənbə: publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər