Gmail’ə öz-özünə silinən məktublar funksiyası gəlir

1738

Bir neçə gün bundan öncə biz Google şirkətinin öz Gmail servisinin dizayn dəyişikliyi barəsində xəbər vermişdik. Görünür, istifadəçilər nəinki yeni dizayn həmdə bir sıra yeni funksiyalar da əldə edəcəklər. Həmin funksiyalar arasında konfidensiallıq rejimi və öz-özünə silinən məktublar da var. Bu barədə Techcrunch saytı xəbər verib. Məktubun yazılışı zamanı servisdə saat və qıfıl işarələri əks olunacaq. Həmin işarələrə klik edəndən sonra istifadəçi konfidensial rejimə keçid edəcək.

Bu cür rejimdə yazılmış məktubu qəbul edəcək şəxs məktubun daxilindəki məlumatı heç cür kopyalaya, çap etdirə və ya kiməsə göndərə bilməyəcək. Müəyyən müddətdən sonra isə göndərilmiş həmin məktub avtomatik olaraq silinəcək. Məktubu göndərəcək şəxs məktubun pozulacağı vaxt intervalını (həftə, ay və hətta bir neçə il) özü təyin edə biləcək. Bundan əlavə olaraq göndərilmiş məktubu kənar gözlərdən qorumaq da mümkün olacaq. Bunun üçün xüsusi şifrədən istifadə olunacaq və həmin şifrə SMS vasitəsilə məktubu qəbul edəcək şəxsə göndəriləcək. Çox güman ki, yenilənmiş Gmail servisi 8 May tarixində start götürəcək Google I/O 2018 tədbirində təqdim olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər