Göksel Gülbey Sumqayıt şəhərini ziyarət edib

858

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) dəvətilə Azərbaycanda səfərdə olan ASİM-DER başqanı Göksel Gülbey bu gün Sumqayıt şəhərini ziyarət edib.

O, burada Azərbaycan Müharibə Veteranları Birliyinin (AMVB) Sumqayıt Təşkilatının fəalları ilə görüşmüşdür. Görüşdə Türmiyəli qonaq, birliyin Sumqayıt Təşkilatının sədri Mübariz Quliyev, BDM sədri İsmayıl Ağayev və eyni zamanda Türkiyəli qonaq öz çıxışlarında əsasən ASALA və PKK terror təşkilatlarının bu günə qədər həyata keçirdikləri cinayətlərdən danışaraq bu istiqamətdə dünya  ictimaiyyətinin daha yaxından məlumatlandırılması üçün türk və Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin daha da artırılmasının vacibliyini vurğulamışlar. Həmçinin görüşdə qərara alındı ki, Azərbaycanın müharibə veteranları ilə Türkiyədə fəaliyyət göstərən Qazilər Qurumları arasında sıx əməkdaşlıq fəaliyyəti qurulsun. Daha sonra ASİM-DER başqanı Göksel Gülbey tərəfindən erməni qətliamlarının dünya ictimaiyyətinə çatdırılmasında ortaq fəaliyyətlərə vermiş olduğu dəstəyə görə BDM sədri İsmayıl Ağayev, AMVB-nin Sumqayıt Təşkilatının sədri Mübariz Quliyev, BDM-in aparat rəhbəri Samir Adıgözəlli, BDM-in Rusiya təmsilçisi Ələmdar Nəbiyev və araşdırmaçı-jurnalist Elnur Eltürkə təşəkkür plaketi təqdim etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər