Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində “Mercedes” amrkalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə xəsarət alan sürücü, Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Rabil oğlu xəstəxanada, onun anası Bənövşə Aydınzadə və F. Aydınzadənin 7 aylıq övladı hadisə yerində ölüb.
F. Aydınzadənin həyat yoldaşı və bacısı, 1982-ci il təvəllüdlü Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi də Göygöldə baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Göygöl rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin birgə əməliyyatı nəticəsində müxtəlif bədən xəsarətləri almış 1 kişi və sıxılmış vəziyyətdə qalmış 1 qadın (şəxsiyyətləri məlum deyil) cəsədi nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib
Fövqəladə Hallar Nazirliyi Göygöldə baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.