Güclülər dəstəsində peşəkarlığını artırmış «Sumqayıt şəhər» qələbələr seriyasına başlayıb

1108

Premyer-liqanın builki çempionatında ilk dəfə olaraq çıxış edən «Sumqayıt şəhər» PFK dünən M.Hüseynzadə adına şəhər stadionunda Gəncənin «Kəpəz» komandası ilə qarşılaşmada debütant oyunu yox, əsl peşəkar oyunu nümayiş etdirmişdir. Bir-neçə gün əvvəl Bakıda keçirilən təlim-məşq oyunları çərçivəsində ölkəmizin milli komandasına 2:1 hesabı ilə qalib gələrək, özünə inamı və qələbə həvəsi artmış Sumqayıt futbolçuları mey­dan­çaya mübarizlik əzmi ilə çıxmışlar. İlk qolu oyunun 15-ci dəqiqəsində  «Kəpəz»in oyunçusu vursa da, bu, bir nəfər də olsa legioneri olmayan, yalnız yerli gənc futbolçulardan ibarət olan «Sumqayıt şəhər»i ruhdan salma­mışdır.  Daha çox hücuma üstünlük verən sumqayıtlılar elə oyunun ilk hissəsinin son dəqiqələrində cavab topu ilə Gəncə futbolçularını məyus etmişlər.

Oyunun ikinci hissəsində «Sumqayıt şəhər»in oyunçuları qələbə uğrunda əsl döyüş­kənlik, mübarizlik nümunəsi nümayiş etdirərək, daha üç sərrast qolla pərəstişkarlarını hədsiz dərəcədə sevindirmişlər.

«Sumqayıt şəhər» premyer-liqa tərkibində və doğma şəhərdə böyük hesabla – 4:1 hesabı ilə qələbə qazanmaqla turnir cədvəlində bir pillə yuxarı qalxmış və bununla da Beynəlxalq Futbol gününü bayram sevinci ilə qeyd etmişlər

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər