“Yeni Müsavat” qəzetinin yazdığına görə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan G. Əhmədova bu, Ulduzə Xanlarova adlı xanımdır. O, ali məktəblərdən birində işləmiş keçmiş dekandır.
U. Xanlarova da dələduzluq maddəsi ilə ittiham olunub.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məsələyə dair rəsmi açıqlama verilmir. “Gülər Əhmədovanın kamerada kiminlə saxlanıldığını açıqlamaq qanunla qadağandır. Həmin şəxsin rəsmi icazəsi olmadan onun adını açıqlamaq cinayətdir”.
Sabiq deputatın vəkili Eldar Qədimi də G.Əhmədovanın tək qalmadığını təsdiqləyib, amma o, kamera yoldaşının kimliyindən xəbərsiz olduğunu söyləyib: “Onun kamerasında təmizlikdir. İki nəfər qalırlar. Həkimlər onun sağlıq durumuna nəzarət edir. Kameraya daxil ola bilmədiyimdən Gülər xanımla birgə saxlanılan qadının kim olması barədə heç nə deyə bilmərəm”.