Gülər Əhmədovanın oğlu niyə hospitala yerləşdirilib?

926
Sabiq deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun hərbi hospitala yerləşdirilməsinin səbəbi açıqlanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevin APA-ya verdiyi məlumata görə, DSX-nin Yevlaxdakı hərbi hissəsində xidmət edən T. Əhmədovun qolu idman zamanı sınıb: “Əsgərlər arasında qol güləşi zamanı əsgər Əhmədovun sağ qolu dirsəkdən yuxarıdan sınıb. Əsgər dərhal Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Orada rentgen aparatına salınıb və əsgərin sınan qoluna gips qoyulub. Bundan sonra o, DSX-nın Mərkəzi Hərbi Hospitalına gətirilib”.

APA- ya açıqlama verdiyi zaman T. Əhmədovun yanında olduğunu deyən general M. Abbasquliyev əsgərin bəzi internet saytlarında yer almış məlumatlarda deyildiyi kimi döyülmədiyini, vəziyyətinin yaxşı olduğunu bildirib: “Bəzi KİV dəqiqləşdirilməmiş məlumat yayır. Əsgərin atasına da vəziyyəti başa salacağıq. Əsgər özü də heç nədən şikayətçi deyil, heç bir problemi yoxdur”.

T. Əhmədovun atası Fikrət Əhmədov isə  açıqlamasında bildirib ki, bu gün saat 14 radələrində oğlu ilə telefon əlaqəsi saxlayıb, yanına getmək istədiklərini bildirib: “Toğrul bildirdi ki, qarovula çıxacaq, hələlik yanına getməyək. Saat 18 radələrində isə hərbi hissədən mənə zəng edərək bildirdilər ki, Toğrulun qolu sınıb, Dövlət Sərhəd Xidmətinin Bakıdakı hospitalına gətirilib. Mən təcili hospitala getdim. Çətinliklə də olsa, Toğrul görüşə bildim. Toğrul mənə bildirdi ki, dünən idman edəndə, qolu burxularaq sınıb. Yevlaxda qoluna gips qoysalar da, sonradan Bakıya gətirilməsi məsləhət bilinib. Sabah həkimlər bir daha müayinə edib dəqiq diaqnoz qoyacaqlar”.

 

F. Əhmədov oğlunun Bakıya helokopterlə gətirilməsi barədə məlumatları isə təkzib edib: “Toğrulu Bakıya maşınla gətiriblər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər