Güllə atıcılığı üzrə Sumqayıt çempionatına yekun vuruldu

1269

 

19 aprel 2019-cu il tarixində Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş pnevmatik silahdan güllə atıcılığı üzrə şəhər çempionatı keçirilmişdir.

Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov ölkəmizdə idmanın sürətli inkişafından danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin sayəsində ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etmişdir.

Çempionatda şəhərin ali, orta ixtisas məktəbləri, peşə liseyləri və gənclər təşkilatları olmaqla ümumilikdə 9 komandası qalib adı uğrunda mübarizə aparmışdır. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt Dövlət Universitetinin komandası 202 xala birinci, Sumqayıt Dövlət Texniki kollecinin komandası 108 xala ikinci və Sumqayıt Gənclər Evinin komandası 103 xala üçüncü yerləri tutmuşdur.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal, hədiyyə və kubok ilə təltif olumuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər