Bura isti yay günlərində kiçikdən-böyüyə hər kəsin sevimli məkanına çevrilir. Elə qəhrəmanım Səadət Cəfərova da hər səhər günəşi dənizkənarında salamlayanlardandır. Səadət Cəfərova dənizi əvəzedilməz sərvət hesab edir. Deyir ki, bu nemətdən faydalanmaq lazımdır. Səadət Cəfərova kimi sübh tezdən dənizkənarına gələrək təmiz hava qəbul edən, sağlamlığının qeydinə qalanlar heç də az deyil. Burada yaşlı nəslin nümayəndələrinə daha çox rast gəlinir.Mütəxəssislər də sübh tezdən dənizkənarında vaxt keçirməyin insan orqanizminə müsbət təsiri olduğunu bildirilər. Xüsusilə ürək-damar sistemi, asmiatik, endokrin xəsətliklərin müalicəsində dəniz havası çox faydalıdır. Həkimin sözlərinə görə, hətta qalxanvari vəz xəstəlikləri zamanı yod çatışmazlığından əziyyət çəkən şəxslər mütəmadi dəniz kənarına getməklə dərmansız sağala bilirlər.
Günəşi dənizdə qarşılayanlar – Sumqayıtdan VİDEOREPORTAJ
•
3658