Bu gün paytaxtda və Abşeron yarımadasında havanın mülayim, buludlu keçəcəyi gözələnilir.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən musavat.com-a verilən məlumata görə, səhər bəzi yerlərdə hətta qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 28-32° isti təşkil edəcək.
Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq.
Abşeronun cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıx arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Çimərliklərə üz tutanlar arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq ehtiyatlı olsunlar.