Gürcüstan, Ukrayna, Moldova, Belarus, Polşa və Rumıniya gəncləri Gəncə şəhərində bir araya gələcək

656

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin respublikamız haqqında məlumat səviyyələrinin yüksəldilməsi, regional məsələlərdə birgə əməkdaşlıq, təcrübə, informasiya mübadiləsi sahələrində uğurlu fəaliyyətini davam etdirməkdədir. Bu məqsədlə ADTGT 2012-ci ilin avqustun 10-dan noyabrın 10-dək 3 (üç) ay müddətində davam edəcək “Şərq Tərəfdaşlığı Ölkələri Gənclərinin Vətəndaş Təhsili Şəbəkəsi” adlı əməkdaşlıq, maarifləndirici və vətəndaş təhsili, vətəndaş fəallığı və vətəndaş iştirakçılığı mövzularında müxtəlif ölkələrdən olan gənclərin azərbaycanlı həmkarları ilə bilik və informasiya əldə etmələrinə və vahid platformada-şəbəkədə iştirakını nəzərdə tutan layihənin icrasına başlayır.

 

 

Layihə Azərbaycanın da fəal şəkildə qoşulduğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı Platformasına daxil olan 5 ölkə – Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və eləcə də Polşa və Rumıniya gənclərinin iştirakı ilə vətəndaş təhsili, vətəndaş iştirakçılığı və vətəndaş fəallığı mövzularında Forumun və eyni adlı təlim kursunun keçirilməsini, Şərq Tərəfdaşlığı Platforması çərçivəsində gənclərin birgə əməkdaşlıq Şəbəkəsinin qurulmasını, davamlı fəaliyyətini, Gəncə Deklarasiyanın qəbulunu, kitab və digər çap materiallarının nəşrini, yayımını və geniş profilli PR fəaliyyətini nəzərdə tutur.

 

 

Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 7 ölkədən  olan partnyor gənclər təşkilatları ilə birgə 2012-ci il ölkənin gənclər paytaxtı seçilən Gəncə şəhərində həyata keçiriləcəkdir. Layihə eyni zamanda Gəncə şəhərinin Avropanın gənclər paytaxtı seçilməsi yolunda dəstək kampaniyası rolunu oynayacaqdır.

 

Layihə çərçivəsində sentyabrın 11-15 tarixlərində Gəncə şəhərində 6 ölkədən 14 əcnəbi gəncin və eləcədə Azərbaycanı təmsil edən yerli gənclərin və 1 beynəlxalq və 1 milli təlimçinin iştirakı ilə 4 günlük beynəlxalq Forumun (Şərq Tərəfdaşlığı Ölkələri Gənclərinin Vətəndaş Təhsili Forumu) və təlim kursunun keçirilməsi nəzərdə tutulur. Forumun rəsmi hissəsinin açılışında hökumət rəsmilərinin, yerli şəhər rəhbərliyinin, layihədə iştirak edən ölkələrin Bakıdakı diplomatik korpuslarının təmsilçiləri, beynəlxalq təşkilatların, Avropa İttifaqı Bakı ofisinin nümayəndələri, gənclər təşkilatları, QHT və KİV əməkdaşlarının iştirakı nəzərdə tutulub.

 

Layihə ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələri, Şərq Tərəfdaşlığı Platforması çərcivəsində birgə gənclər əməkdaşlığı təşəbbüsünə, regional məsələlərdə Şərq Tərəfdaşlığı ölkələri gənclərinin iştirak və fəallığının yüksəldilməsinə yönəlməklə gənclər işinə böyük töhfələr verəcəkdir.

 

    ADTGT ictimai əlaqələr

və informasiya departamenti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər