Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışınl həyata keçirib.
Femida.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı bu gün saat 11:00-da başlayıb. Mənzil seçimi üçün 30 aprel 2019-cu il tarixi saat 23:59-dək vaxt verilsə də, mənzillər cəmi 40 saniyədə hamısı satılıb.
Qeyd edək ki, dövlət layihəsi çərçivəsində tikilən bu mənzillər vətəndaşlara təmirli vəziyyətdə təqdim olunur və bazar qiymətindən xeyli aşağı satılır.