Hadı Rəcəbli vəfat etdi

422

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.

sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadi Rəcəblinin ölümü ilə bağlı məlumat açıqlayıb.

Qurumdan “Qafqazinfo”nun sorğusuna verilən cavabda bildirilir:

“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar aprelin 17-də saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb”.

Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər