Hadi Rəcəbli yenə şişmanlardan danışdı

974

“Bəzi adamlarda sağlamlıq mədəniyyəti çatmır”

Millət vəkili Elmira Axundova sosial reklam çarxlarının çəkilməsi və yayımlanması ilə bağlı telekanallara müraciət edib. Millət vəkili bu müraciəti üzvü olduğu parlamentin Sosial siyasət komitəsinin fevralın 27-də keçirilən iclasında çıxışı zamanı səsləndirib.

Millət vəkili üzünü telekanallara tutaraq bildirib ki, insanlar arasında tibbi sahə ilə, sağlamlıqla bağlı maarifləndirmə işlərinin daha səmərəli aparılması üçün sosial reklam çarxlarının hazırlanması və yayımlanması vacibdir:

“Artıq şoudan-zaddan əl çəkmək lazımdır. İnsanlar şoulardan, şit, bayağı əyləncə verlişlərindən beziblər. Telekanallar, digər media orqanları yaxşı olardı ki, sosial reklam çarxlarının hazırlanması və yayımlanmasına ciddi fikir versinlər, diqqət yönəltsinlər. Çünki insanlara bu yöndə maarifləndirmə, təbliğat daha vacibdir”.

Millət vəkilinin fikirləri Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli tərəfindən dəstəklənib. Komitə sədri bir çox insanları sağlamlıq və səhiyyə mədəniyyətinin aşağı olmasında ittiham edib:

“Bəzi insanlar var ki, əyinlərinə ən bahalı marka, brend firmaların paltarlanı alıb geyinməyə pul tapa bilirler, ancaq sağlamlıqlarına pul xərcləməyə can çəkirlər. İldə heç olmasa bir dəfə sağlamlıqları üçün həkimlərə 5-10 manat pul verməyə qıymırlar, ancaq ən bahalı içkilərə və digər mallara pul tapırlar. Bir də görürsən ki, kasıbın-imkansızın biridir, amma hər gün yağlı ət yeyir, şişmanlaşır. İndi deyəcəklər ki, Hadi müəllim yenə başladı şişmanlardan danışdı. Ancaq bu, belədir, reallıqdır. Bəzi adamlarda sağlamlıq mədəniyyəti çatmır. Ona görə, insanlarımızda sağlamlıq mədəniyyətinin artırılmasına ehtiyc var”.

Elməddin/publika.az/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər