Məndə bələ bir qənaət yaranıb ki, biz nə qədər haqlı olsaq da, əlaqədar qurumlar həmişə “prav”dır. Çünki onların hər işi sahmanlı və qaydasındadır. Məsələn, yaşadığım binanın zirzəmisi ağcaqanadların qərargahına çevrilib (Əslində peşəkarlıq baxımından bunu yazmamalı idim. Nə isə… Onsuz da peşəkarlıq qəhətə çıxmaqdadır). MİS(köhnə JEK) rəisimizə bu barədə şikayət etməyə gedərkən gördüm ki, o da mənim günümdədir. Dərmana pul çatdırmaq mümkün olmadığından kişi milçəköldürəndən istifadə edir. Sonra da deyirlər ki, MİS-lər işləmirlər, neyləsin yazıqlar.
Götürək elə ombudsmanımız Elmira xanımı. Müsəlmanın o dəfəsində qəzetlərdən birində oxudum ki, camaat bu xanımın işindən narazıdır, baxmayaraq ki, o, ikinci dəfə sözügedən vəzifəyə seçilib. A balam, deməli, işləyir ki, seçiblər də. Məsələn, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən 24 saat xidmət göstərən qaynar xətt yaradılıb. Qaynar xətt birbaşa uşaq hüquqlarının pozuntusu ilə bağlı nəzərdə tutulub. Bu da sübut. İşləyirlər də… Sağ olun, Elmira xanım, xeyrə-şərə yarayan adamsınız.
Vəssalam, uşaqlarımızın problemləri öz həllini tapdı. Daha küçələrdə dilənən, maşınyuyan, hamballıq edən uşaqlarımızın hamısı məktəbə gedəcək, dərs oxuyacaq, gələcəyimizin inkişafı vulkan təki püskürəcək, elə ombudsmanımızın nəzarətində olduğu sahələr kimi. Əslinə baxsanız, müvəkkil xanımımızın hüquq pozuntuları ilə bağlı edəcəyi müraciətlər, görəcəyi işlər toydan sonra gumbuldayan nağara effektini verir. Yuxarıda dedik axı, hamı “neprav”, məmur “prav”.
Sərt radikal tədbirlərin həyata keçirilməsi isə sosial partlayışa səbəb olar ki, nəticədə həbsxanalarda məhbus əlindən tərpənmək olmaz. Bu da ombudsmanımızın işini ikiqat artıracaq. Çünki xanım Elmira məcbur olacaq oralara baş çəksin, məhbusların dərdi ilə, problemləri ilə maraqlansın və sair və ilaxır. Vaxt itkisi, pul itkisi… Mən ölüm, bu, sənə lazımdır? Qoy işlərində olsunlar məmurlarımız. Yeyib-yeyib doyacaqlar, müvəqqəti haldır, uzağı ölənəcən.
Qarşıdan Yeni il gəlir, ümid edək ki, yeni ildə yeni ümidlərimiz yaranacaq. Bizimki, ümid etməkdir, qardaş. Pulsuz-parasız ümid elə, nə qədər istəsən. Amma deyəsən bu ili Şaxta babasız keçirməli olacağıq. Çünki Şaxta babanın VÖEN-i yoxdur. Bəs necə? O getsin uşaqları aldatsın ki, havayı işləyir. Bizə də yox da… Mən vergi məmurlarımızın bu sahədə, yəni Şaxta babaları vergiyə cəlb etmə sahəsində keçirəcəyi tədbirləri tam dəstəkləyirəm.
Görürsünüzmü, məmurlarımız haqlıdır. Ölkədə aparılan islahatların səmərəliyinə, faydalığına yüzə yüz əmin olun. Dövlət proqramlarının təminatı hərtərəfli inkişafdan xəbər verir. Amma… Necə dəyərlər, babalı Sərvərlərin – məmurların boynuna…
Yeni iliniz mübarək. Ən əsası isə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizin hər birinizi təbrik edir, həqiqi həmrəylik arzu edirəm. Lətifəsi bizdən uzaq, italyanlar köhnə əşyalarını yeni ildə küçəyə atırlar. Bəs biz əsrlərcə kürəyimizə yük olmuş hansı köhnəlik simvolunu ataq?
Hamı “neprav”, bəs kim “prav”
•
1374
Babali serverlerin-memurlarin boynuna.Bes bilirsiz niye sozumuzu hec kim esitmir?Butun saydigiviz problemler menim,senin,onun problemidir.Bes butun bu problemler bizsiz,sizsiz,onlarsiz “serverlerimizi” niye narahat etsin ki?Bu problemler onlari zerre qeder de,narahat etmir,cun ona gore ki,onlar ozlerini bizden biri kimi gormurler.Burda deyibler e(sapi ozumuzden olan baltalar).Bax bele ezizim.Ve en esasi bilirsen ezizim butun bu sexsiyyeti olmayan sexsleri seninle bele reftar etmeye ureklendiren nedir?Men deyim?
-Sende olmayan.
-Sorus da, sen allah sorus da ne olar? sorus da,deki:
-O nedir ele mende olmayan onda olan?
-Deyim?
-Onda yerinde berk otur.Yox,yox.Oturma ezizim oturma.Onlarda olan sende olmayan oturacaqdi,oturacaq ezizim.Bax ele buna gore sesimizi hec kim esitmir.
-Az arvad ordan bir cay getir.(day neyniyek ezizim biz de sozumuzu esidene deyek de,sonra da qasimizin birin qaldirib birini yendirek ve ölende de deyek ki,kisi kimi yasadiq bu heyatda).Bes sence ezizim men pravam ya…