Hande Harmancı Omicrona görə qapanmalarla bağlı məsələyə münasibət bildirib

535

“COVID-19-un Omikron ştamı ilə bağlı yoluxma sayında yüksək artım görünür”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bununla bağlı görüləcək tədbirlər eynidir:

“Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər”.

O qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: “Qapanmaların lokal olaraq, lazım olduqda həyata keçirilməsini tövsiyə edirik” -, bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər