“Hansı hökumətdə 23 il bir vəzifədə işləmək olar? Hansı tarixdə bunu oxumusuz?…”

935

Baş nazirin keçmiş müavini, 23 il Azərbaycan hökumətində həmin vəzifəni tutmuş Abid Şərifov bu qədər müddətdə eyni vəzifədə oturmağı “tarixdə görünməmiş presedent” hesab edir. Virtualaz.org xəbər verir ki, modern.az saytının əməkdaşı bu gün 79 yaşı tamam olan Abid Şərifovla əlaqə saxlayıb, hal-əhval tutub və bəzi suallar verib.

Suallardan biri belə olub ki, Abid Şərifov 1995-ci ildən 2018-ci ilə qədər işlədiyi vəzifənin-baş nazirin müavini vəzifəsinin xiffətini çəkirmi?

Və Abid Şərifov həmin suala bu səmimi cavabı verib: “Qızım, hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam. 23 il sizə kiçik görünməsin. Ona görə də hər zaman prezidentimə minnətdar olmuşam və indi də minnətdaram. Eyni zamanda, ulu öndərimizin də ruhu şad olsun. Ömrüm boyu ulu öndərimizə borcluyam. Yaşımdan asılı olmayaraq cənab prezidentimin, xalqımın əsgəriyəm. Həmçinin, ailəm də, övladlarım da dövlətçilik yolunda hər şeyə hazırdır».

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər